• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

5 günlük bayram tətili başladı
CƏMİYYƏT
27 May 2026 | 00:00

5 günlük bayram tətili başladı

Azərbaycanda 5 günlük bayram tətili başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu gün ölkəmizdə Qurban bayramı qeyd olunur. Bayramın ikinci günü isə sabah - mayın 28-də qeyd olunacaq.  

Qurban bayramının ikinci günü 26 May - Müstəqillik Günü ilə üst-üstə düşdüyündən, 29 may qeyri-iş günü olaraq müəyyən edilib və iş günü dəyişdirilib.

Beləliklə, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl 5 gün – 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü hesab edilib.

Bayram tətilindən sonra ilk iş günü iyunun 1-də olacaq.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

26 May 2026