• Bakı C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Azərbaycanda hepatit B virusuna yoluxanların sayı kəskin azalıb
CƏMİYYƏT
01 Yanvar 2026 | 15:02

Azərbaycanda hepatit B virusuna yoluxanların sayı kəskin azalıb

2010-2024-cü illərdə əhalinin hər 100 min nəfərinə hepatit B-yə yoluxma halları azalaraq ümumilikdə 0.5 təşkil edib, bu göstərici kişilər üzrə 0.6, qadınlar üzrə isə 0.4 olub.

Bakıvaxtı.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ildə əvvəlki illə müqayisədə yeni yoluxanların sayı 29.2 faiz azalaraq 51 nəfərə düşüb, kişilər arasında yoluxma 19.5 faiz azalaraq 33 nəfər, qadınlar arasında isə 41.9 faiz azalaraq 18 nəfər qeydə alınıb.

2010-cu illə müqayisədə 2024-cü ildə yoluxma göstəricisi şəhər yerlərində 5.4 bənd azalaraq 0.4-ə, kənd yerlərində isə 1.6 bənd azalaraq 0.6-ya enib və 2024-cü ildə hepatit B virusuna yeni yoluxanların sayı şəhər yerlərində 22, kənd yerlərində isə 29 nəfər təşkil edib.

Hepatit B qaraciyəri zədələyən, qaraciyər fibrozu, qaraciyər çatışmazlığı və xərçənglə nəticələnə bilən virus infeksiyasıdır və əhali arasında yayılma səviyyəsi il ərzində yeni yoluxanların sayının əhalinin orta illik sayına nisbətinin 100 minə vurulması ilə hesablanan göstərici əsasında qiymətləndirilir.


SON XƏBƏRLƏR

31 Dekabr 2025