q
  • Bakı 12° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi
İDMAN
20 Aprel 2026 | 00:53

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 metr) zirvəsini fəth edib.

Gənclər və İdman Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.

Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.

Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.


SON XƏBƏRLƏR

19 Aprel 2026