• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bu ölkədə yeni prezident seçildi
DÜNYA
03 Aprel 2026 | 13:58

Bu ölkədə yeni prezident seçildi

Myanma İttifaq Assambleyasının (parlamentinin) nümayəndələrindən ibarət Seçicilər Kollegiyası bu gün Min Aun Hlaynı ölkənin prezidenti seçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Min Aun Hlayn 584 deputatdan 429-nun səsini qazanıb. O, dövlət başçısı postuna irəli sürülmüş üç namizəddən biri olub. Digər iki namizəd ölkənin vitse-prezidentləri olub.

Qeyd edək ki, Min Aun Hlayn 2011-ci ildən Myanma silahlı qüvvələrinə rəhbərlik edib və prezident postuna keçidlə əlaqədar baş komandan vəzifəsindən istefa verib.


SON XƏBƏRLƏR