• Bakı 21° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Bu türk ölkəsində Süni İntellekt Nazirliyi yaradıldı
DÜNYA
18 Sentyabr 2025 | 22:56

Bu türk ölkəsində Süni İntellekt Nazirliyi yaradıldı

Qazaxıstanda Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilib.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, müvafiq sərəncamı Prezident Qasım-Jomart Tokayev imzalayıb.

Hökumətə dövlət orqanlarında və onların tabeliyində olan təşkilatlarda (Prezident Administrasiyası ilə razılaşdırmaqla) ştat cədvəlinin yenidən bölüşdürülməsini təmin etmək və fərmanın icrası ilə bağlı digər tədbirlər görmək tapşırılıb.

Keçirilən funksiya və səlahiyyətlərə uyğun olaraq Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi və Elm və Ali Təhsil Nazirliyi Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin hüquq və öhdəliklərinin hüquqi varisləri kimi müəyyən edilib./Report


SON XƏBƏRLƏR

18 Sentyabr 2025