Türkiyəli məşhur aktyor Çağatay Ulusoyun yeni layihəsi bəlli olub.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor “Uykusuz Adam” adlı serialda rol alacaq.
Ulusoyun baş rolda oynayacağı serialın çəkilişlərinə iyul ayında başlanması planlaşdırılır.
Qeyd edək ki, Ç.Ulusoy hazırda “Eşref Rüya” serialında baş rolu canlandırır.