"Çelsi" baş məşqçi Enzo Mareskanı istefaya göndərməyə yaxındır.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssislə klub rəhbərliyi arasında münasibətlər tamamilə pisləşib. Buna əsas səbəb son dövrdə komandanın uğursuz nəticələridir.
Qeyd edək ki, London təmsilçisi son 9 oyunda cəmi 2 qələbə qazana bilib.
Bakı 












