• Bakı 17° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Ceydon Sanço İngiltərəyə qayıtmaq istəmir
İDMAN
04 May 2024 | 12:18

Ceydon Sanço İngiltərəyə qayıtmaq istəmir

Müqavilə ilə “Mançester Yunayted” klubuna məxsus olan, hazırda Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sanço İngiltərəyə qayıtmaq istəmir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi "Borussiya"da qalmağa üstünlük verəcək.

Almaniya klubu futbolçunu satmağa hazırlaşan “Mançester Yunayted” rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Sanço bu ilin yanvarında “Borussiya”ya icarəyə verilib. 24 yaşlı yarımmüdafiəçinin icarə müddəti cari mövsümün sonunda bitəcək.


SON XƏBƏRLƏR

17 May 2024