Gəncə şəhərində dəm qazından ölüm faktı qeydə alınıb.
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, şəhər ərazisində binaların birində kirayədə yaşayan 1998-ci il təvəllüdlü Ş.Məmmədov dəm qazından boğularaq ölüb.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Fakt araşdırılır.
















