• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

İki gündə avtovağzaldan 20 min sərnişin daşınıb

CƏMİYYƏT

16 Iyun 2024 | 11:54

İki gündə avtovağzaldan 20 min sərnişin daşınıb

Gücləndirilmiş iş rejiminin iki günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 20 min 623 sərnişin mənzil başına çatdırılıb.

Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir ki, iki gündə 634 reys həyata keçirilib.

Bildirilib ki, bayramlarla əlaqədar vətəndaşların bölgələrə axını müşahidə edilir. Sərnişinlərə səfərlərini rahat planlamaları üçün biletləri əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Qeyd edək ki, hazırda “biletim.az” portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür.


SON XƏBƏRLƏR