• Bakı 20° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana TƏXLİYƏ EDİLDİ
GÜNDƏM
22 Iyun 2025 | 18:13

Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana TƏXLİYƏ EDİLDİ

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb. Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.

Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.


SON XƏBƏRLƏR