• Bakı 30° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

ABŞ B-2 bombardmançılarını Quam adasına köçürür

DÜNYA

22 Iyun 2025 | 00:39

ABŞ B-2 bombardmançılarını Quam adasına köçürür

ABŞ B-2 bombardmançı təyyarələrini Sakit okeandakı Quam adasına köçürür.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Reuters“ iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri bildiriblər ki, prezident Donald Tramp ABŞ-ın İsrailin İrana qarşı zərbələrində iştirak edib-etməyəcəyini fikirləşir.

Bombardmançıların yerləşdirilməsinin Yaxın Şərqdəki gərginliklə bağlı olub-olmadığı bəlli deyildi.

Qeyd edək ki, B-2 bombardmançısı 30 min funtluq (12285 kq) “GBU-57 Massive Ordnance Penetrator” bombasını daşımaq qabiliyyətinə malikdir ki, bu da yerin dərinliklərindəki hədəfləri məhv etmək üçün nəzərdə tutulmuşdur.

Ekspertlərin fikrincə, bu silah İranın nüvə proqramına, o cümlədən Fordoya zərbə vurmaq üçün istifadə edilə bilər.


SON XƏBƏRLƏR

15 Iyul 2025