• Bakı 22° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

DİN-dən Kürdəmirdəki hadisələrlə bağlı AÇIQLAMA
CƏMİYYƏT
16 Iyun 2025 | 22:52

DİN-dən Kürdəmirdəki hadisələrlə bağlı AÇIQLAMA

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb. 

Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.


SON XƏBƏRLƏR

16 Iyun 2025