• Bakı 11° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Dövlət Departamenti Pasxa atəşkəsinin müddətini uzatmağa çağırıb
DÜNYA
21 Aprel 2025 | 00:05

Dövlət Departamenti Pasxa atəşkəsinin müddətini uzatmağa çağırıb

ABŞ Dövlət Departamenti Pasxa atəşkəsinin müddətini uzatmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“ABŞ Dövlət Departamenti bazar günü bəyan edib ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin elan etdiyi bir günlük Pasxa atəşkəsinin uzadılmasını alqışlayacaq”, - nəşr yazır.

Xatırladaq ki, Putin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə atəşkəs elan edib. Atəşkəs 19 aprel saat 18:00-dan (Bakı vaxtı ilə 19:00) 21 aprel saat 00:00-dək - cəmi 30 saat keçərlidir.


SON XƏBƏRLƏR

20 Aprel 2025
19 Aprel 2025