• Bakı 10° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Ərdoğan və Makron bu məsələləri müzakirə edib
SİYASƏT
11 Aprel 2026 | 17:47

Ərdoğan və Makron bu məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər görüşdə beynəlxalq hüquqa əsaslanaraq Hörmüz boğazında keçid sərbəstliyinin təmin edilməsi, Suriyada baş verənlər, Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi, davamlı sülh axtarışları və Ukrayna ilə Rusiya arasında danışıqların canlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ərdoğan İrana hücumlarla başlayan gərginliyin qlobal miqyasda mənfi təsirinə də diqqət çəkib, Türkiyənin müvafiq dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi diplomatik səylərin atəşkəs proseslərində kritik rol oynadığını bildirib. O, bölgədə davamlı sülhün bərqərar edilməsi üçün diplomatiyanın zəruri olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR