• Bakı 20° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Fahrettin Altun: Qardaş Azərbaycan ilə həqiqətləri dünyaya birlikdə çatdıracağıq
SİYASƏT
15 Iyun 2025 | 18:52

Fahrettin Altun: Qardaş Azərbaycan ilə həqiqətləri dünyaya birlikdə çatdıracağıq

"Can Azərbaycanın Milli Qurtuluş Gününü və Türkiyə - Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" hesabında yazıb.

O həmçinin “Türkiyə - Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycan ilə həqiqətləri dünyaya birlikdə çatdırmaq naminə hər zaman qətiyyətlə gələcəyə addımlayacağımıza ürəkdən inanırıq. Bu xoşbəxt gün münasibətilə azərbaycanlı qardaşlarıma səmimi hörmət və məhəbbətimi göndərirəm" sözlərini yazıb.


SON XƏBƏRLƏR

15 Iyun 2025