• Bakı 21° C

    13.8 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Fənərbaxça Tottenhemə 15 milyon avro təklif edib
İDMAN
15 Iyun 2025 | 00:04

"Fənərbaxça" "Tottenhem"ə 15 milyon avro təklif edib

"Fənərbaxça" növbəti mövsüm üçün iddialı heyət qurmaq istiqamətində fəalliyyətini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Super Liqa nəhəngi "Tottenhem"dən İv Bissumanı transfer etmək istəyir. "Fənərbaxça"nın prezidenti Ali Koç Londona səfəri zamanı həm futbolçu ilə, həm də klubu ilə danışıqlar aparıb.

Türkiyə klubu Bissuma üçün "Tottenhem"ə 15 milyon avro təklif edib.

Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 2 qol vurub.


SON XƏBƏRLƏR

14 Iyun 2025