• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Xamenei 1700-dən çox iranlı məhbusu əfv etdi

DÜNYA

14 Iyun 2025 | 20:00 | Müəllif: Subhan Mahmudov

Xamenei 1700-dən çox iranlı məhbusu əfv etdi

İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei Qurban və Qədr bayramları münasibətilə 1705 iranlı məhbusun əfv edilməsi təklifini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

Xamenei ondan xüsusi şərtlər altında məhbusları əfv etməyi xahiş edən Ədliyyə Başçısı Qulam Hüseyn Möhsün Ejeinin təklifindən sonra İranlı məhkumların əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ilə razılaşıb.

Bununla belə, əfv fərmanı bəzi kateqoriyalardan olan məhkumlara, o cümlədən silahlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə, silahların qanunsuz dövriyyəsinə, adam oğurluğuna, zorlama, silahlı soyğunçuluq, rüşvət alma, mənimsəmə, saxta sənədlər hazırlamaq, çirkli pulların yuyulması, iqtisadiyyatın pozulması, alkoqollu içkilərin qaçaqmalçılığı, malların mütəşəkkil qaçaqmalçılığına görə məhkum olunmuş şəxslərə şamil edilmir./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026