• Bakı 20° C

    14.76 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Ekstazi həblərini toz formasında satanlar SAXLANILDI - VİDEO

CƏMİYYƏT

14 Iyun 2025 | 14:15

Ekstazi həblərini toz formasında satanlar SAXLANILDI - VİDEO

Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli preqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

    M.Həsənov, B.Cəfərov və Q.İbrahimovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

    Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayonunda keçirilən tədbirlər zamanı 47 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

     


    SON XƏBƏRLƏR

    14 Iyun 2025