• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş
HADİSƏ
28 May 2026 | 18:25

Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş

Ötən gün Göyçay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baləvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 1970-ci il təvəllüdlü Hüseyn Salahov və 2012-ci il təvəllüdlü E.Feyzullayeva dünyasını dəyişiblər.

Oxu.az-ın əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi olub.

Qeyd edək ki, qəza zamanı avtomobillərdə olanlar - 1968-ci il təvəllüdllü İmran Əmrahov və bacısı, 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1988-ci il təvəllüdlü sürücü Arzu Feyzullayeva və 2016-cı il təvəllüdlü L.Feyzullayeva xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş


SON XƏBƏRLƏR

27 May 2026