• Bakı 22° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrail İran ordusunun rabitə mərkəzini VURDU
DÜNYA
16 Iyun 2025 | 21:16

İsrail İran ordusunun rabitə mərkəzini VURDU

İsrail Ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirdiyini açıqlayaraq, məlumatı İranın dövlət teleradio yayımçısının binasının fotosu ilə müşayiət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Bu gün, bazar ertəsi, İsrailin Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsasən, İran Silahlı Qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzini hədəfə alaraq dəqiq zərbə endirib”, - məlumatda bildirilir.

Məlumat İranın əsas teleradioyayım şirkəti olan İran İslam Respublikası Yayımlarının (IRIB) qərargahı kimi görünən binanın havadan çəkilişi ilə müşayiət olunub. Bundan əvvəl IRIB qəzeti İsrailin zərbələrindən birinin İranın dövlət televiziyasının binasına dəydiyini bildirib.


SON XƏBƏRLƏR

16 Iyun 2025