• Bakı 27° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Jurnalistin əməkhaqqı kartı bloklandı - Bank Respublikadan ÖZBAŞINALIQ
CƏMİYYƏT
04 Avqust 2026 | 16:52

Jurnalistin əməkhaqqı kartı bloklandı - "Bank Respublika"dan ÖZBAŞINALIQ

AFN.az saytının əməkdaşı Həbibə Abdulla sosial şəbəkə hesabında paylaşım edərək "Bank Respublika" tərəfindən əməkhaqqı hesabına qanunsuz olaraq həbs qoyulduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalist bankın öz səhvi ucbatından günlərdir maaş kartından istifadə edə bilmədiyini və ciddi problemlə üzləşdiyini diqqətə çatdırıb:

"Günlərdir əməkhaqqı hesabım "Bank Respublika" tərəfindən həbsdədir. Özlərinin yanlışı üzündən hesabıma yüz faizli həbs qoyulub, heç bir əməliyyat apara bilmirəm. Azərbaycan Respublikasının Mərkəzi Bankına da müraciət etdim, təəssüf ki, ali qurum banka tövsiyə verməkdən başqa heç bir tədbir görmədi. Günlərdir icraçı bir üz, mən bir üz, bank da bir üzdür, hesabım üzərindən həbs götürülmür ki, götürülmür".

H.Abdulla mövcud vəziyyəti hüquq pozuntusu kimi qiymətləndirib və həmkarlarından dəstək istəyib:

"Belə bir özbaşınalıq, belə bir hüquq pozulması yaşadığımız əsrdə necə baş verir, hələ də anlaya bilmirəm. Əlac qalıb mediadakı dostların mənə dəstəyinə.

P.S. 1 aylıq əməkhaqqımın yarısı da qalıb hesabımda".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR