"Bakı metrosunda "qırmızı" və "yaşıl" xətlərin ayrılması ilə bağlı "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq.
Prosesə avqustun 15-dən start veriləcək.
Bakı 



