• Bakı 27° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Kaladzedən NATO açıqlaması: Gürcüstan və Ukraynanı illərdir aldadıblar
DÜNYA
04 Avqust 2026 | 23:46

Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"

"NATO rəhbərliyi illərdir həm Gürcüstanı, həm də Ukraynanı aldadıb, əslində heç bir planları olmadığı halda, onları alyansa qəbul edəcəklərinə söz veriblər".

Bakıvaxtı.az bildirir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlaması zamanı deyib.

"Bütün bu illər ərzində Gürcüstan və Ukrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyildi. Lakin əslində hamımız başa düşürük ki, yaranmış reallıq tam başqadır. Artıq onlar özləri də bunu gizlətmirlər və açıq şəkildə belə bəyanatlar verirlər ki, bu, faktiki olaraq mümkün deyil və istisna olunur", - Kaladze bildirib./Apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026