• Bakı C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Kraliçanın 100 illik yubileyi keçiriləcək
DÜNYA
10 Aprel 2026 | 23:29

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Britaniya kral ailəsi və xalqı ölkə tarixinin ən uzun müddət taxtda qalan hökmdarı, mərhum Kraliça II Yelizavetanın anadan olmasının 100-cü ildönümünü möhtəşəm tədbirlərlə qeyd etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Məlumata görə, Kral Çarlz, Kraliça Kamilla və ailənin digər üzvləri aprelin 21-də keçiriləcək yubiley tədbirlərində iştirak edəcəklər.

Nəşr yazır ki, şənliklər aprelin 20-də Bukinqem Sarayındakı Kral Qalereyasında “Kraliça II Yelizaveta: Onun Stildəki Həyatı” adlı irimiqyaslı sərginin açılışı ilə başlayacaq. Kral Çarlz və Kraliça Kamillanın ziyarət edəcəyi sərgi mərhum hökmdarın onilliklər boyu formalaşmış modasını nümayiş etdirən ən böyük kolleksiyadır. Sərgidə Kraliçanın qarderobundan əvvəllər heç vaxt ictimaiyyətə göstərilməyən nadir nümunələr də yer alıb.

Qeyd olunub ki, Baş nazir Kir Starmer də tədbirlərdə iştirak edəcək.

Xatırladaq ki, II Yelizaveta 2022-ci ilin sentyabrında 96 yaşında vəfat edib. O, 1952-ci ildə atası V Corcun vəfatından sonra 26 yaşında taxta çıxaraq, 70 il Böyük Britaniyaya rəhbərlik edib.


SON XƏBƏRLƏR

10 Aprel 2026