• Bakı C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Müharibə çox davam etməyəcək - Budanov
DÜNYA
10 Aprel 2026 | 22:35

Müharibə çox davam etməyəcək - Budanov

Ukrayna Prezidenti Ofisinin rəhbəri və danışıqlar prosesinin əsas iştirakçısı Kirill Budanov müharibənin uzun çəkməyəcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Budanov “Blumberq”ə müsahibəsində deyib.

“Ruslar müharibənin bitməli olduğunu başa düşürlər. Buna görə də danışıqlar aparırlar. Amma bunun uzun çəkəcəyini düşünmürəm”, – Budanov bildirib.

Budanov qeyd edib ki, Rusiya maliyyə səbəblərinə görə sürətli sülh razılaşmasında həqiqətən maraqlıdır:

“Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar böyük məbləğlərdir. Söhbət trilyonlardan gedir”.

Budanovun sözlərinə görə, hər iki tərəf əvvəllər “maksimalist mövqe” sərgiləyib, lakin indi tədricən kompromisə doğru irəliləyir. Lakin Donbas məsələsində kompromisin necə olacağı aydın deyil.

Qeyd edək ki, Rusiya və Ukraynanın ilin əvvəlində ABŞ-ın vasitəçiliyi ilə fəal şəkildə davam etdirdiyi danışıqlar prosesi Yaxın Şərqdə müharibənin başlamasından sonra dayandırılıb./Globalinfo


SON XƏBƏRLƏR

10 Aprel 2026