• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

NATO-nun sonu gəlir: Tramp ABŞ-ni alyansdan çıxarmağı müzakirə edir
SİYASƏT
05 Aprel 2026 | 13:19

NATO-nun sonu gəlir: Tramp ABŞ-ni alyansdan çıxarmağı müzakirə edir

ABŞ və Avropa arasındakı transatlantik müttəfiqlik İranla davam edən müharibə fonunda tarixin ən ağır "dönüş nöqtəsi"nə çatıb və dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. 

Bakıvaxtı.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) nəşri Prezident Donald Trampın köməkçiləri ilə ABŞ-ın NATO-dan çıxması barədə ciddi müzakirələr apardığını yazıb. 

Məqalədə qeyd olunur ki, Tramp Avropa müttəfiqlərinin ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə qoşulmaqdan imtina etməsinə görə onlara qarşı dərin "nifrət" hissi bəslədiyini nümayiş etdirir. Ağ Ev rəhbəri açıq şəkildə sual edir: "Əgər avropalılar Yaxın Şərqdə və ya digər regionlarda Amerikanın hərbi əməliyyatlarını dəstəkləmirlərsə, Avropanı müdafiə etmək ABŞ-ın maraqlarına nə dərəcədə uyğundur?". 

WSJ bu vəziyyəti İkinci Dünya müharibəsindən bəri formalaşmış Amerika qlobal strategiyasının rəsmən "çöküşü" və müttəfiqlər arasında dərin "parçalanma" kimi xarakterizə edir. Trampın "ya bizimləsiniz, ya da tək" ultimatumu NATO-nun 5-ci maddəsinin (qarşılıqlı müdafiə) etibarlılığını faktiki olaraq məhv edib və Avropa liderlərini Vaşinqtonun hərbi çətiri olmadan öz təhlükəsizlik sistemlərini qurmağa məcbur edir. Hazırda Brüssel və Vaşinqton arasındakı münasibətlərin sürətlə pisləşdiyi və bu böhranın yaxın günlərdə alyansın rəsmi sonunu gətirə biləcəyi xəbərdarlığı edilir. / Musavat.com


SON XƏBƏRLƏR

04 Aprel 2026