Naxçıvanda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 67-BF-243 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfəri xəsarət alıb.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.