• Bakı 10° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başladı - FOTO
CƏMİYYƏT
10 Aprel 2026 | 18:23

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başladı - FOTO

Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır. 

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR