Azərbaycanın peşə təhsili sistemində infrastrukturun təkmilləşdirilməsi istiqamətində mühüm göstəricilər əldə edilib.
Bakıvaxtı.az xəbər verir ki, hazırda ölkə üzrə 79 peşə təhsili müəssisəsi fəaliyyət göstərir.
Bu müəssisələrdə ümumilikdə 41 minə yaxın təhsilalan müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnir.
Tədris prosesi 159 fərqli ixtisası əhatə edir və bu sahədə 3,5 min nəfərdən çox pedaqoji heyət gənc mütəxəssislərin yetişdirilməsi ilə məşğul olur.
Ölkənin müxtəlif regionlarını əhatə edən ixtisaslaşmış Bakı Dövlət Peşə Təhsil Mərkəzləri (BDPTM) aşağıdakı strateji sahələr üzrə fəaliyyət göstərir:
* Texnika, texnologiyalar, mədəniyyət və sənətkarlıq;
* Rabitə, informasiya texnologiyaları, turizm və sosial xidmətlər;
* İctimai iaşə, sənaye, innovasiya, tikinti və quraşdırma işləri;
* Emal sənayesi, dəmir yolu, metropoliten, dəniz nəqliyyatı və gəmiqayırma;
* Aviasiya və avtomobil nəqliyyatı sahələri.
Bu infrastruktur regionlarda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasına və peşə təhsilinin əlçatanlığının artırılmasına xidmət edir.
Əli Hüseynov
Bakı 












