Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC+) və tərəfdaşları may ayında neft hasilatını gündəlik 206 min barel artırmaq qərarına gəliblər.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə OPEC açıqlama yayıb.
Açıqlamaya görə, qərar Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın iştirak etdiyi və qlobal bazarın mövcud vəziyyəti və perspektivlərini müzakirə edən virtual görüşün ardından elan edilib.
Yaxın Şərqdə davam edən hərbi münaqişə fonunda səkkiz OPEC+ ölkəsi enerji resurslarının sərbəst axınını təmin etmək üçün beynəlxalq gəmiçilik yollarının qorunmasının vacibliyini vurğulayıb.
OPEC+ ölkələri həmçinin enerji infrastrukturuna edilən hücumların ümumi enerji əlçatanlığına zərər vurmasından narahatlıqlarını ifadə ediblər. Onlar zədələnmiş enerji qurğularının tam funksional vəziyyətə gətirilməsinin xeyli xərc tələb edəcəyini və uzun müddət çəkəcəyini vurğulayıblar.
Görüş iştirakçıları əlavə qərarlar qəbul etmək üçün mayın 3-də yenidən görüşmək barədə razılığa gəldilər.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları Yaxın Şərqdəki münaqişə regional enerji axınlarını ciddi şəkildə pozub, xam neft və neft məhsullarının tədarükü əhəmiyyətli dərəcədə azalıb.
Gülşən Şərif
Bakı 












