• Bakı 23° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Prokuror müavini vəfat etdi 
CƏMİYYƏT
15 Iyun 2025 | 22:24

Prokuror müavini vəfat etdi 

Azərbaycanda prokuror müavini vəfat edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, 59 yaşlı Fazil İdris oğlu Həsənov səhhətində yaşanan problemlə əlaqədar dünyasını dəyişib.

Qeyd edək ki, o 33 ildir ki, prokurorluq sahəsində çalışırdı.

Həmçinin F.Həsənov şəhid Tural Həsənovun əmisi idi.

Tural Həsənov 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşında minaya düşərək şəhid olub.

O, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasında iştirakına görə "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


SON XƏBƏRLƏR

15 Iyun 2025