• Bakı 20° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı
CƏMİYYƏT
18 Sentyabr 2025 | 23:36

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən səs yazısında onun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələri eşidilir.

Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var.

Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

18 Sentyabr 2025