• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Qadınlar bu sahələrdə çalışmaq istəyir - SİYAHI
CƏMİYYƏT
03 Aprel 2026 | 13:40

Qadınlar bu sahələrdə çalışmaq istəyir - SİYAHI

Regionlarda peşə təhsilinin əlçatanlığının artırılması ilə bağlı keçirilən təqdimatda qadınların üstünlük təşkil etdiyi ixtisaslar üzrə statistik göstəricilər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatlara görə, bəzi ixtisaslarda qadınların payı tam üstünlük təşkil edir. Belə ki, “Dayə” ixtisasında qəbul olunanların 100%-i qadınlardan ibarətdir.

Qalan ixtisaslar üzrə göstəricilər aşağıdakı kimidir:
Laborant-mikrobioloq – 92%
Moda dizaynı – 91%
Geyim üzrə dizayner – 91%
Saç kəsimi və gözəllik – 90%
Qənnadçı/şirniyyatçı – 89%
Kargüzarlıq/ofis işləri – 83%
Interyer dizayn – 81%
Dərzi – 79%
Sığorta işçisi – 71%
Qrafik dizayner – 65%
Veb dizayn və proqram təminatı – 60%

Təqdimatda qeyd olunub ki, bu statistika qadınların həm yaradıcı sahələrə, həm də ofis və texniki yönümlü peşələrə marağının artdığını göstərir. 

Peşə təhsilində gender balansına dair aparılan təhlillər sektorun daha inklüziv və əlçatan olması istiqamətində müsbət dinamikanı əks etdirir.

Əli Hüseynov


SON XƏBƏRLƏR