• Bakı 30° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Qazaxıstan vətəndaşları BƏƏ və Qətəri tərk edirlər
DÜNYA
25 Iyun 2025 | 17:35

Qazaxıstan vətəndaşları BƏƏ və Qətəri tərk edirlər

İyunun 25-də Qazaxıstanın SCAT və “Air Astana” aviaşirkətləri sərnişinlərin təxliyəsi üçün Dubay və Dohadan Almatı və Astanaya 6 reys həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, Yaxın Şərqə uçuşlar hələ də altı ölkənin (İran, İsrail, İraq, İordaniya, Suriya və Livan) hava məkanından yan keçməklə həyata keçirilir.

Məsələn, “Air Astana” aviaşirkəti iyunun 25-dən Dubaydan Almatı və Astanaya, həmçinin Dohadan Almatıya reyslərə start verib. Aviaşirkət əvvəllər ləğv edilmiş reyslərdən sərnişinlərin təxliyəsi üçün əlavə repatriasiya uçuşları təşkil edəcək.

SCAT aviaşirkəti vətəndaşları Qətərdən təxliyə etməyə başlayıb. Doha-Almatı marşrutu üzrə ilk reys bu gün həyata keçirilib. İyunun 25-də Qazaxıstan vətəndaşları Doha-Astana reysi ilə də uça biləcəklər.


SON XƏBƏRLƏR