• Bakı 20° C

    7.53 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Qırğızıstanın İran səfirliyinin əməkdaşları Azərbaycana gəliblər
GÜNDƏM
15 Iyun 2025 | 19:25

Qırğızıstanın İran səfirliyinin əməkdaşları Azərbaycana gəliblər

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxsləri Azərbaycan tərəfinin rəsmi nümayəndələri ilə yanaşı, Qırğızıstanın Bakıdakı səfirliyinin əməkdaşları da qarşılayıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.


SON XƏBƏRLƏR

15 Iyun 2025