• Bakı 20° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

QMİ rəsmisi: İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq 
CƏMİYYƏT
15 Iyun 2025 | 16:36

QMİ rəsmisi: İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq
 

“Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 180 nəfərə yaxın ilk zəvvar qrupu sabah AZAL-la Azərbaycana qayıdacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

"Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq. İlk qrup sabah axşam saatlarında Azərbaycana çatacaq",- V. Cahangiri bildirib.

O qeyd edib ki, 100 nəfərə yaxın sonuncu zəvvar qrupunun isə iyunun 20-dən 21-ə keçən gecə Azərbaycana yola düşməsi planlaşdırılıb.

Xatırladaq ki, bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayrılıb. Həmçinin ilk zəvvar qrupu mayın 25-də yola düşüb.


SON XƏBƏRLƏR

15 Iyun 2025