Rusiya Ermənistana rüsumsuz qaz tədarükü ilə bağlı müqaviləni dayandıra və ya ləğv edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti Rusiyanın Energetika naziri Sergey Tsivilevin Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi məktuba istinadən xəbər yayıb.
Məktubda deyilir: "Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığını dərinləşdirmək üçün atılan addımlar və Ermənistan hökumətinin Aİ-yə qoşulmaq istəyi Rusiya-Ermənistan ticarət, iqtisadi və investisiya əməkdaşlığının əsaslı yüksək səviyyəsinin qorunmasını və inkişafını təhdid edir".
Qəzetin məlumatına görə, əgər Ermənistan Avropaya inteqrasiyasını davam etdirərsə, ölkə Rusiyadan təbii qaz, neft məhsulları və xam almaz üzərindəki imtiyazlarını itirə bilər.
Bakı 












