2025-ci ildə Aqrar Sığorta Fondu sel-subasmaya görə 1,227 milyon manat ödəniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova ATV-nin "İqtisadi zona" verilişində bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 25,8 % azdır.
"Bu ödənişlər 3,3 min hektar ərazini əhatə edib", - deyə sədr müavini əlavə edib.
Bakı 












