• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Ümid edirik,bu il Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq - Hakan Fidan
SİYASƏT
10 Yanvar 2025 | 20:33

"Ümid edirik,bu il Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq" - Hakan Fidan

Türkiyə ümid edir ki, bu il Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan məlumat verib.

Onun sözlərinə görə, İrəvanla Bakı arasında sülh sazişi layihəsinin bir neçə bəndinin razılaşdırılması qalır.

Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın “müsbət siqnalları” və “cəsarətli davranışları” barədə də danışıb. Türkiyəli nazirin nöqteyi-nəzərindən bölgədə sülh üçün tarixi fürsət yaranıb.

"Onun (Ermənistanın baş naziri – red.) sülh üçün mövqe bildirməsi müsbət prosesə kömək edir. Biz bunu qeydə alırıq", - XİN rəhbəri bildirib.

Türkiyəli nazir onu da əlavə edib ki, Cənubi Qafqaz Türkiyə üçün “son dərəcə mühüm regiondur”. O, Cənubi Qafqazın əhəmiyyətini Balkanlarla müqayisə edərək qeyd edib ki, Türkiyə üçün Balkanlar Avropaya gedən yoldursa, Qafqaz da Mərkəzi Asiyaya açılan qapıdır.


SON XƏBƏRLƏR

10 Yanvar 2025