• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABL-də təxirə salınmış oyunların vaxtı açıqlanıb

İDMAN

10 Yanvar 2025 | 14:48 | Müəllif: Əli Hüseynov

ABL-də təxirə salınmış oyunların vaxtı açıqlanıb

Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyunların vaxtı dəqiqləşib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

A qrupunun "Naxçıvan" - "Abşeron" matçı yanvarın 14-də, saat 19:00-da start götürəcək.

B qrupunun "Şəki" - "Gəncə" görüşü növbəti gün, saat 14:00-da, "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026