• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

40 yaşdan sonra ilk qol

İDMAN

08 Fevral 2025 | 22:46 | Müəllif: Subhan Mahmudov

40 yaşdan sonra ilk qol

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 19-cu turunda "Əl-Fayha" üzərində qazanılan qələbəyə (3:0) qolla töhfə verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, ulduz futbolçu 40 yaşa qədəm qoyandan sonra ilk dəfə fərqlənib.

O, matçdan sonra öz sosial şəbəkə hesablarında paylaşım edib. Ronaldo 40 yaşı tamamlandıqdan sonra vurduğu ilk qol haqqında bunu yazıb: "Qələbə və 40 yaşdan sonra ilk qol".

Xatırladaq ki, Ronaldo cari mövsüm bütün turnirlərdə 26 matçda 24 qol vurub, 4 qol ötürməsi verib.

Kristiano fevralın 5-də 40 yaşa qədəm qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026