• Bakı 27° C

    12.99 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

AFFA İntizam Komitəsi baş məşqçini cəzalandırdı

İDMAN

10 Mart 2025 | 12:19

AFFA İntizam Komitəsi baş məşqçini cəzalandırdı

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

"İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026