• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Qadın boksçumuz ermənini məğlub etdi

İDMAN

10 Mart 2025 | 18:44 | Müəllif: Subhan Mahmudov

Qadın boksçumuz ermənini məğlub etdi

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

54 kiloqram çəkidə mübarizə aparan boksçu 1/16 finalda Ermənistanı təmsil edən Yekaterina Sıçeva ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kiloqram) da mübarizəyə qoşulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026