• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"İnter"in oyunçusu 2 aylıq sıradan çıxdı

İDMAN

10 Mart 2025 | 22:00 | Müəllif: Subhan Mahmudov

"İnter"in oyunçusu 2 aylıq sıradan çıxdı

Polşa millisinin və İtaliyanın "İnter" klubunun futbolçusu Pyotr Zelinski 1,5 aydan 2 ayadək yaşıl meydanlardan kənarda qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, 30 yaşlı mərkəz yarımmüdafiəçinin baldır əzələsindən xəsarət aldığı bəlli olub.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri A Seriyasının XXVIII turunun oyununda zədələnib. 70-ci dəqiqədə meydana çıxan futbolçu üç dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Pyotr Zelinski cari mövsüm "İnter"də 33 matçda meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Report"


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026