• Bakı C

    3.61 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

İDMAN

10 Mart 2025 | 22:10

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb.

17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuka tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.

Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya “tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.

Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə “tuş”la uduzub.


SON XƏBƏRLƏR

10 Mart 2025