• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

Atıcımız Osiyekdə hədəf önünə niyə keçməyib?

İDMAN

10 Mart 2025 | 17:35

Atıcımız Osiyekdə hədəf önünə niyə keçməyib?

Xorvatiyanın Osiyek şəhərində keçirilən 10 m məsafədən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvü Nigar Ramazanovanın hədəf önünə keçməməsinin səbəbi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından İdman.biz-in sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, yarışdan öncə texniki baxış zamanı idmançının istifadə edəcəyi tüfəngdə problem aşkarlanıb.

Qeyd edək ki, komanda yarışına sifariş olunan Ramazanova start xəttinə çıxmadığı üçün Nuranə Əliyeva və Jalə Bayramovanın yer aldığı “üçlük” tamamlanmayıb. Bu üzdən yığmamızın nəticəsi hesaba alınmayıb.


SON XƏBƏRLƏR