• Bakı 23° C

    5.38 m/s

"Sumqayıt" "Kəpəz"ə qalib gəldi

İDMAN

10 Mart 2025 | 19:15 | Müəllif: Subhan Mahmudov

"Sumqayıt" "Kəpəz"ə qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt" "Kəpəz"ə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Roy Kehat (20, 51) dubl müəllifi olub. 90+3-cü dəqiqədə isə Nihad Əhmədzadə adını tabloya yazdırıb.

25 xalı olan "Sumqayıt" turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. 22 xala malik "Kəpəz" isə 9-cudur.

Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026