• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Boksçularımızdan Serbiyada 6 medal

İDMAN

09 Fevral 2025 | 13:22 | Müəllif: Subhan Mahmudov

Boksçularımızdan Serbiyada 6 medal

Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb.

Bakıvaxtı.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb.

Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026