• Bakı 24° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Çelsi" "Brayton"a uduzdu

İDMAN

09 Fevral 2025 | 09:05 | Müəllif: Subhan Mahmudov

"Çelsi" "Brayton"a uduzdu

"Brayton" İngiltərə Kubokunun dördüncü raundunda evdə "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, qalib komandanın qollarını Jorjinyo Rutter (12-ci dəqiqə) və Kaoru Mitoma (57) vurub.

Matçın 5-ci dəqiqəsində "Brayton"un qapıçısı Bart Verbrüqgen avtoqol vurub. “Brayton”un 5-ci raunddakı rəqibi daha sonra müəyyənləşəcək.

"Çelsi" 8 dəfə İngiltərə Kubokunun qalibi olub. Komanda son 2018-ci ildə lider olub. “Brayton” 1983-cü ildə “Mançester Yunayted”ə məğlub olaraq bir dəfə turnirin finalında çıxış edib. Keçən mövsüm kuboku “Mançester Yunayted” qazanıb, “Arsenal” isə 14 dəfə titul qazanaraq ən çox kubok rekorduna sahib olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026